Ukrayna qoşunları KXDR-in Komar kəndindəki mövqelərdən geri çəkilir.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik orqanları məlumat verib.
“Düşmən Komarda böyük itkilər verir, bu səbəbdən də mövqelərindən geri çəkilməyə başlayıb”, – deyə təhlükəsizlik orqanları bildiriblər.
Təhlükəsizlik orqanları aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələri ehtiyatları qəsəbəyə köçürməyə cəhd edib, lakin onların əhəmiyyətli hissəsi hava zərbələri nəticəsində məhv edilib.
E.ŞİRİNOV







