Əsas məzmuna keç

Ukrayna Silahlı Qüvvələri Kupyansk istiqamətində böhranla üzləşib

Ukrayna Silahlı Qüvvələri zirehli texnika və şəxsi heyətin kəskin çatışmazlığı səbəbindən Kupyansk istiqamətində böhranla üzləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Get və bax” Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

“Ukrayna ordusunda Kupyansk istiqamətində problemlər var. İnsanların və avadanlıqların olmaması. Hazırda Rusiya ordusunun Kupyanskda irəliləyişini dayandıracaq heç nə və heç kim yoxdur”, – mənbənin sözlərindən nəşrdə sitat gətirilib.

Qeyd olunur ki, böhran daha çox Ukrayna ordusunun Kursk vilayətində döyüşmək üçün çoxlu sayda resurs ötürməsi ilə bağlıdır.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Kupyansk yaxınlığındakı körpüyə hücum edərək Ukrayna Silahlı Qüvvələrinin texnikasının rotasiyasını pozmuşdu. Zərbə yüksək dəqiqliyə malik Kh-38 qanadlı raketi ilə endirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…