UKRAYNA TƏXRİBAT-KƏŞFİYYAT QRUPUNUN LPR-NİN ƏRAZİSİNƏ KEÇMƏSİNƏ İMKAN VERİLMƏYİB

Rusiya artilleriyaçıları Ukrayna təxribat-kəşfiyyat qrupunun Kremennaya şəhəri yaxınlığındakı Luqansk Xalq Respublikasının ərazisinə keçməsinə imkan verməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko bildirib.

“Gecə saatlarında Şepilovkanın cənub-qərbindəki meşəlik ərazidə bizim nəzarətimizdə olan əraziyə gizli şəkildə girməyə cəhd edən 11 nəfərlik bir qrup ukraynalı yaraqlı müəyyən edilib. Düşmənin planı artilleriyamızdan açılan atəşlə pozuldu”, – o deyib.

Maroçko aydınlaşdırıb ki, rus artilleriyasının zərbəsindən sonra diversantlar “tələsik Ukrayna silahlı birləşmələrinin mövqelərinə doğru yola düşüblər”.

E.ŞİRİNOV

Xəbəri paylaş