1 May 2026 / 15:23

Ukrayna Tramp-Putin danışığından dərhal sonra Uralı vurdi-ARİF HACILI YAZIR

…Tramp deyirdi ki, Zelenskinin “kartları yoxdur”. İndi vəziyyət xeyli dəyişib. Ukrayna müasir hərbi qarşıdurmada həlledici rol oynayan dron texnologiyaları sahəsində önə çıxıb.
Bu üstünlük təkcə hücum imkanları ilə məhdudlaşmır, eyni zamanda dron hücumlarına qarşı müdafiə sahəsini də əhatə edir.
Ukrayna regionun ən güclü dövlətləri ilə hərbi-sənaye sahəsində mühüm müqavilələr bağlayır. Ordunun şəxsi heyətinin sayı artıq milyona yaxınlaşır. Bu ilin əvvəlindən etibarən döyüş bölgəsində təşəbbüs də Ukrayna tərəfinə keçib. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi-sənaye obyektlərinə və neft infrastrukturlarına zərbələri intensivləşib. Artıq Ukrayna sərhədindən 1500 km uzaqlıqda yerləşən neft obyektlərinə belə zərbələr endirilir. Rusiyanın iqtisadiyyatı çökür… ABŞ daxilində də hakimiyyətin nüfuzuna ən böyük zərbələrdən biri Tramp administrasiyasının Ukraynaya dəstək məsələsində tutduğu mövqe ilə bağlıdır. Tramp praqmatik siyasətçidir. Əgər xüsusi başqa səbəblər yoxdursa, Ukraynanın “güclü kartlara” malik olduğunu hər gün daha çox nümayiş etdirdiyi bir şəraitdə, bu ölkəyə yardım məsələsində mövqeyini dəyişməlidir…
Arif Hacılı, 
Musavat Partiyasının sədri
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!