Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qazaxıstanda transmilli mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunan Ukrayna vətəndaşı Polşadan Qazaxıstana ekstradisiya edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
“Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları Qazaxıstanın Polşadakı səfirliyinin köməyi ilə transmilli mütəşəkkil dəstə yaratmaq və ona rəhbərlik etməkdə ittiham olunmaq üçün Ukrayna vətəndaşını Polşa Respublikasından ekstradisiya ediblər”, – məlumatda deyilir.
Nəzarət qurumu “2022-ci ildə onun yaratdığı cinayətkar qruplaşmanın Qazaxıstan ərazisində xüsusilə böyük miqyasda psixotrop maddələrin istehsalı və satışı ilə məşğul olduğunu” bildirib.
E.ŞİRİNOV