Ukrayna və İsveç əməkdaşlığa başlayacaqlar

Ukrayna Müdafiə Nazirliyi müdafiə ehtiyacları üçün kosmik texnologiyaların hazırlanmasında İsveçlə əməkdaşlığa başlamaq planlarını açıqlayıb.

Tezadlar.az bildirir ki, bu barədə idarənin Telegram kanalında məlumat verilib.

Bu məsələnin Ukrayna və İsveç nümayəndə heyətlərinin görüşündə müzakirə olunduğu vurğulanır. Ukrayna xarici tərəfdaşlarla birlikdə ölkənin müdafiə qüvvələrinin kosmik texnologiyalar sahəsində əsas ehtiyaclarını həyata keçirməyə ümid edir.

Daha əvvəl Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev bildirmişdi ki, İsveç KİV-ləri Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün göndərilən ölkə vətəndaşlarını Respublika Silahlı Qüvvələrinin sıralarında muzdlu əsgər kimi tərifləyirlər.

Diplomatın sözlərinə görə, İsveç vətəndaşlarının Rusiya ilə qarşıdurmada Ukrayna tərəfinə qoşulması ilə bağlı bir sıra hallara dair sübutlar qeydə alınıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

15 İyul