Əsas məzmuna keç

Ukrayna XİN başçısı Azərbaycanı təbrik etdi

bakues baddeddf olvuympnxtfgwq

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçilməsi münasibətilə təbrik edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Beynəlxalq Telekommunikasiya İttifaqının iki rəhbər orqanına – BTİ Şurasına və təşkilatın Radio Tənzimləmə Komitəsinə seçkilər indicə Dohada başa çatdı. Bu orqanlara seçilmiş bütün ölkələri, xüsusən də regionumuzun dövlətlərini – Azərbaycan, Bolqarıstan, Polşa, Çexiya, Rumıniya və Qazaxıstanı – səmimi qəlbdən təbrik edirəm. Yeni üzvlərə qlobal telekommunikasiya sektorunun inkişafında səmərəli fəaliyyət və əhəmiyyətli nəticələr arzulayıram”, – Sibiqa vurğulayıb.

O həmçinin BTİ-yə üzv dövlətlərə prinsipial mövqelərinə və Rusiyanın İttifaqın rəhbər orqanlarına seçilməsini dəstəkləməmək qərarına görə minnətdarlığını bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…