Əsas məzmuna keç

Ukrayna XİN başçısı Qırmızı Xaçın açıqlamasını “biabırçı” adlandırdı

Ukraynadakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndə heyətinin başçısının ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılması planlaşdırılır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Interfax-Ukrayna” Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatına istinadən məlumat yayıb.

Buna səbəb təşkilatın verdiyi son bəyanatdır.

“Ukraynanın və Rusiyanın kritik əhəmiyyətli infrastrukturuna son zərbələr Kiyev, Dnepr, Donetsk, Belqorod və digər bölgələrdə aşağı temperatur fonunda milyonlarla insanı demək olar ki, işıqsız, qazsız və susuz qoyub”, – BQXK-nın bəyanatında deyilir.

Ukrayna XİN başçısı bu bəyanatı “biabırçı” adlandırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…