Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Xarici İşlər Nazirliyi Afrika atalar sözü ilə Kiyevi “fillərin ayaqları altındakı ot”la müqayisə edən Slovakiyanın baş naziri Robert Fitsonu qınayıb.
“Biz qeyri-dost folklor analogiyalarından istifadəyə və daxili siyasi reytinqləri Ukrayna hesabına artırmaq cəhdlərinə qarşı qəti şəkildə xəbərdarlıq edirik”, – Tezadlar.az xəbər verir ki, nazirliyin bəyanatında deyilir.
Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, Fitsonun bu cür bəyanatları “mehriban qonşuluq ruhunun” tam əksidir və onun öz xalqına qarşı guya hörmətsizlik etdiyini göstərir.
Slovakiyanın baş naziri bundan əvvəl Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqları şərh edərkən bir Afrika atalar sözünü xatırladıb və qeyd edib ki, “fillər çoxalsın, ya da döyüşsün, ot həmişə əziyyət çəkir”.
Fitso həmçinin Ukraynanı və onun Qərb tərəfdaşlarını Moskvanı zəiflətməyə çalışmaqda ittiham edib və Putin və Trampa görüş zamanı Ukraynadakı münaqişənin “mənalı” həllini tapmasını arzulayıb.
E.ŞİRİNOV