Bu gün Ukrayna Ali Radası Baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ali Radanın iyulun 16-da keçirilən iclasında bununla bağlı Prezident Volodimir Zelenskinin təqdimatı səsə qoyulub və qəbul edilib.
Qeyd edək ki, onun yerinə hazırkı iqtisadiyyat naziri Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb.







