2 May 2024 / 06:19

UKRAYNADA CƏMİ 768 ŞAGİRD RUS DİLİNDƏ TƏHSİL ALIR

Ukraynada yalnız üç məktəbdə rus dili ayrıca fənn kimi tədris olunur.

Bu statistika Ukraynanın Dil üzrə Müvəkkili Taras Kremin rəsmi saytında dərc edilib.

 “2022-ci ildə əvvəlki illə müqayisədə ümumi təhsil müəssisələrində rus dilini öyrənən şagirdlərin sayı 100 dəfədən çox azalaraq 2021-ci ilin sentyabrında 454,8 min nəfərdən 2022-ci il sentyabrın 1-nə təxminən 4 min nəfərə düşüb. 2023/2024-cü illərdə, rus dilini ayrıca fənn kimi öyrənən məktəblilərin sayı daha 5 dəfə azalaraq min nəfərdən az olub”, – hesabatda deyilir.

 Verilən statistik məlumatlara görə, rus dilinin tədris olunduğu məktəblərin sayı 3, siniflərin sayı 45, şagirdlərin ümumi sayı 768 nəfərdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!