Əsas məzmuna keç

UKRAYNADA HAVA HÜCUMU XƏBƏRDARLIĞI ELAN EDİLİB

Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlara istinadən xəbər verilib.

Xəritəyə əsasən, ilkin olaraq hava hücumu xəbərdarlığı Bakı vaxtı ilə saat 09.56-da Kiyev, Çerkassı, Poltava, Vinnitsa, Jitomir, Dnepropetrovsk, Çerniqov vilayətlərində verilməyə başlayıb. Sonra Kiyev, Kirovoqrad, Sumı, Xarkov və Nikolayev vilayətlərinin sakinləri sığınacaqlara getməyə çağırılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…