3 May 2022 / 16:48

UKRAYNADA KİMYA ZAVODU ATƏŞƏ TUTULUB, ÖLƏN VƏ YARALANANLAR VAR

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Avdeyevka koks-kimya zavodunu atəşə tutub.

Tezadlar.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, atəş nəticəsində azı 10 nəfər həlak olub, daha 15 nəfər yaralanıb.

P.Kirilenko əlavə edib ki, məlumat hələ dəqiqləşdiriləcək və qurbanların sayının çox olacağı istisna edilmir: “Hadisə zavodun işçiləri işdən sonra evə gedərkən avtobus gözləyəndə baş verib”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!