Əsas məzmuna keç

Ukraynada kimyəvi təhlükə elan edilib

Dnepropetrovsk şəhərində kimyəvi təhlükə barədə xəbərdarlıq edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Dnepr Operativnıy” Telegram kanalı məlumat yayıb.

“Bildirilir ki, xilasedicilər kimyəvi təhlükə barədə xəbərdarlıq edir və pəncərələri bağlamağa çağırırlar”, – nəşr yazır.

Daha sonra Ukraynanın fövqəladə hallar naziri Sergey Kovtonyuk çıxış edib. Onun sözlərinə görə, xidmət əhaliyə mümkün zərərin qarşısını almaq üçün tədbirlər görüb.

Gecə saatlarında Rusiya Silahlı Qüvvələri (SQ) pilotsuz təyyarələrlə Dnepropetrovskda müəssisəyə zərbələr endirib.

Bundan əvvəl Ukrayna Rusiya ordusunun Dnepropetrovsk vilayətinə hücumu barədə məlumat yayıb. Ukraynanın “DeepState” analitik layihəsi Voskresenka kəndinin rus qoşunları tərəfindən tutulduğunu təsdiqləyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…