Əsas məzmuna keç

UKRAYNADA MÜHARİBƏDƏ ÖLƏN UŞAQLARIN SAYI 198-Ə ÇATDI

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 198 uşaq ölüb, 355 uşaq güllə və qəlpə yarası alıb”.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək 548 uşaq xəsarət alıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 014 təhsil müəssisəsinə ziyan dəyib, 91-i tamamilə dağılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…