Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff məhz bu səbəbdən Moskvaya gəlib
Ukraynada sülh nizamlanması yalnız ABŞ vasitəçiliyi ilə əldə edilə bilər.
Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu Ağ Evdə keçirilən kabinet iclasında bildirib.
“ABŞ prezidenti Donald Tramp dünyada ona (Ukraynadakı münaqişəyə – RED.) son qoymağa kömək edə biləcək yeganə liderdir”, – Rubio deyib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun hazırda Moskvada olmasının səbəbi də budur.
Daha əvvəl, 2 dekabrda Moskvada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi elçisi arasında danışıqlar başlayıb. Bu səfər Uitkoffun 2025-ci ildəki altıncı səfəridir.
Rusiya tərəfindən görüşdə Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də iştirak edib. ABŞ tərəfini Uitkoffun özü və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edirdi.
E.ŞİRİNOV