30 Oktyabr 2022 / 07:10

UKRAYNADA TİKİLƏN “BAYRAKTAR” ZAVODU BU TARİXDƏ HAZIR OLACAQ

Türkiyənin “Baykar” şirkəti Ukraynada öz istehsalat zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.

TRT-nin məlumatına görə, bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb.

“Hazırda memarlıq və detallı layihələndirmə mərhələsi tamamlanıb. İki il ərzində bunu başa çatdırmaq istəyirik”, – deyə Haluk  Bayraktar söyləyib.

Qeyd edək ki, ”Baykar” şirkəti Ukrayna-Rusiya müharibəsi başlamazdan əvvəl Ukraynada  ”Bayraktar TB2”rin istehsal ediləcəyi obyektin tikintisi üçün hərəkətə keçmişdi.
Haluk Bayraktar Rusiya ilə Ukrayna arasında davam edən müharibə səbəbindən fasilələrin yaşandığını, lakin obyektin tikintisində irəliləyişin əldə olunduğunu bildirib.

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!