Əsas məzmuna keç

UKRAYNADA UŞAQLARI İŞƏ CƏLB ETMƏK CƏHDLƏRİ VAR

Ukrayna tərəfi DXR-də yaşayan uşaqları qanunsuz hərəkətlər etmək üçün cəlb etməyə çalışıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a müsahibəsində DXR rəhbərinin uşaq hüquqları üzrə müşaviri Eleonora Fedorenko məlumat verib.

“Həmin (Ukrayna – RED.) tərəf ən iyrənc şəkildə hərəkət edir, uşaqlarımızı partlayıcı qurğular yerləşdirməyə cəlb edir, yəni öz valideynlərinə, sinif yoldaşlarına, qonşularına qarşı vuruşmalı olan uşaqların əli ilə. Respublikada belə hallar var “, – Fedorenko qeyd edib.

O, əlavə edib ki, düşmən uşaqları orduya cəlb edərkən təhdid, şantaj və rüşvətdən istifadə edir. Fedorenkonun fikrincə, belə təhlükələrə qarşı durmağın yollarından biri uşaqlara internet təhlükəsizliyini öyrədən dövlət proqramları ola bilər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…