Ukraynalı jurnalist Diana Pançenko ölkə sakinlərinin prezident Vladimir Zelenskiyə mənfi münasibət bəslədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
“Rusiya prezidenti Vladimir Putin deyir ki, onun Kiyevdə çoxlu dostu var. Çünki Kiyevdə hamı Zelenskiyə nifrət edir”, – o, ümumi narazılıq haqqında deyib.
Dekabrın 19-da böyük mətbuat konfransı ilə birləşən birbaşa xətt zamanı Putin bildirib ki, Ukraynada Rusiyanın danışa biləcəyi şəxslər var. O, ölkədə hakimiyyətin dəyişməsini istəyən vətəndaşları nəzərdə tutduğunu açıqlayıb və əlavə edib ki, orada “çoxlu bizim oğlanlar” var.
Həmçinin, tədbir zamanı Rusiya lideri Kiyevlə danışıqların bir şərtlə aparıla biləcəyini bildirib. O, Zelenskinin prezident seçkilərində qələbəsini belə hesab edib.
E.ŞİRİNOV