Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ərazisində başlayan müharibə uzun müddət davam edə bilər və çoxları bunda maraqlıdır…
Tezadlar.az İspaniyanın “ABC” portaalına istinadən bildirir ki, Roma Papası Fransisk Ukraynadakı münaqişəni tezliklə bitməyəcək “dünya müharibəsi” adlandırıb. Sitat: “İndi Vladimir Zelenski üçüncü dəfədir ki, dini müşavirlərindən birini mənim yanıma göndərir… Əlaqə saxlayıram, qəbul edirəm, kömək edirəm. Qısa müddətdə [münaqişənin] sonunu görmürəm, çünki bu, dünya müharibəsidir. Artıq bir neçə əl müharibəyə cəlb olunub. Maraqlar çoxdur”.
EADaily isə xəbər verir ki, “Americamagazine”də dərc olunan müsahibəsində Papa Fransisk Buryatiya və Çeçenistandan olan hərbçiləri “Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi” adlandırıb. Bu, həm bu respublikalarda, həm də bütövlükdə Rusiyada geniş ictimai rezonansa səbəb olub. Nəticədə Vatikan Rusiyanı üzr istəməyə məcbur edib – Moskva diplomatik kanallar vasitəsilə müvafiq müraciət alıb və insidentin başa çatdığını bildirib.
Ukraynada isə müharibə davam edir…
A.Məmmədli