Ukraynadan Gürcüstana viza sanksiyası

Oxunma sayı: 305

Nəhayət, Ukrayna vətəndaşları Gürcüstanda vizasız qalma müddəti 3 il əvəzinə 1 il olacaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər  verir ki, müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze verib. Qərarda deyilir:“Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olma və burada tam 1 il müddətində qalma hüququ var. 2025-ci il fevralın 24-dək Gürcüstana daxil olmuş və burada olan Ukrayna vətəndaşlarının qalma müddəti 2026-cı il fevralın 24-dək uzadılır”.

Məlumat üçün bildirək ki, 2024-cü il aprelin 23-də baş nazirin qərarına əsasən, Ukrayna vətəndaşları üçün Gürcüstana vizasız daxil olma və qalma müddəti 3 ilə qədər artırılmışdı. Rusiyanın Ukraynada müharibəyə başlamasından əvvəl isə ukraynalılar Gürcüstanda 1 il müddətində vizasız qala bilirdilər.

Xəbəri paylaş

22 İyun