Əsas məzmuna keç

UKRAYNALILARA İSRAİLDƏKİ TƏTİLLƏRİNİ TƏXİRƏ SALMAQ TÖVSİYƏ OLUNUB

Ukrayna vətəndaşlarından İsrailə səfərdən çəkinmələri istənilib.

Tezadlar.az bildirir ki, bu barədə postsovet ölkəsinin Təl-Əvivdəki səfirliyindən məlumat verilib.

“Əlbəttə ki, biz vətəndaşlarımıza indi İsrailə turizm məqsədi ilə getməyi məsləhət görmürük. Çünki bu, təhlükəlidir və bir çox aviaşirkətlərin İsrailə uçmaqdan imtina etməsi səbəbindən çətindir”, – deyə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bildirib.

Diplomat əlavə edib ki, İsraildə bir hava limanının fəaliyyət göstərməsinə baxmayaraq, Ukrayna vətəndaşları Yaxın Şərqdə münaqişənin gərginləşməsindən qorxaraq səfərlərini təxirə salsalar, daha yaxşıdır.

Bundan əvvəl Qazaxıstanda respublikanın hüquq-mühafizə orqanları Yaxın Şərq regionunda yaranmış gərginliklə əlaqədar Mərkəzi Asiya ölkəsinin ərazisində sinaqoqların və İsrailin diplomatik obyektlərinin təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər görüb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…