Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyul 2024 / 05:43

UKRAYNALILARA SOYUQ VƏ QARANLIQ QIŞLA BAĞLI XƏBƏRDARLIQ EDİLİB

Milyonlarla ukraynalı ölkənin enerji şəbəkəsinin dağılması səbəbindən “soyuq, qaranlıq qış”la üzləşəcək.

Tezadlar.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.

Müəllif xəbərdarlıq edib ki, “Rusiya raketləri ölkənin elektrik enerjisinin yarısını məhv etdikdən sonra milyonlarla ukraynalı soyuq və qaranlıq qışla üzləşəcək”.

Bundan əvvəl “Ukrenerqo” şirkətinin rəhbəri Vladimir Kudritski və Almaniyanın KfW dövlət inkişaf bankının Ukraynadakı nümayəndəliyinin rəhbəri Lorenz Gessner ölkənin enerji sistemini qorumaq üçün Ukrayna şirkətinə 100 milyon avro qrant verilməsi haqqında saziş imzalayıblar.

Ukrayna Ali Radası yaxın illərdə ölkədə enerji çatışmazlığının davam edəcəyini açıqlayıb. Deputat Aleksey Kuçerenkonun sözlərinə görə, bunu ukraynalılara açıq şəkildə bildirmək lazımdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!