Əsas məzmuna keç

Ukraynanın 7 PUA-sı Tula və Kaluqa vilayətləri üzərində vurulub

Hava Hücumundan Müdafiə Qüvvələri yarım saat ərzində Tula və Kaluqa vilayətləri üzərində Ukraynaya məxsus 7 PUA-nı məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 26-da səhər, Moskva vaxtı ilə saat 07:20-dən 07:50-dək Ukraynanın təyyarə tipli yeddi pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən sıradan çıxarılıb: Tula vilayətinin ərazisi üzərində beş PUA və Kaluqa vilayətinin ərazisi üzərində iki PUA”, – deyə bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…