Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün az əvvəl Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə növbəti hücum həyata keçirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb.
Onun sözlərinə görə, hücum zamanı çoxmənzilli yaşayış binalarına iki ədəd “İskəndər” tipli ballistik raket zərbəsi endirilib. Hadisə nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir. Ukrayna Hərbi Hava Qüvvələri isə daha sonra düşmənə məxsus pilotsuz uçuş aparatlarının da Krivoy Roq istiqamətində hərəkət etdiyini açıqlayıb.