Əsas məzmuna keç

UKRAYNANIN CƏNUBUNDA DUNAY LİMANININ İNFRASTRUKTURU ZƏDƏLƏNİB

Ukraynanın Odessa vilayətində Dunay çayının liman infrastrukturu zədələnib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Dunay bölgəsi. Liman infrastrukturuna ziyan dəyib”, – mətbuat xidmətinin Telegram kanalında deyilir. İnfrastrukturun növü haqqında ətraflı məlumat verilmir.

Bazar günü gecə Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib. Yerli media Kiyevdə, Krivoy Roqda, ölkənin qərbində Lvov və Xmelnitski vilayətlərində partlayışlar olduğunu bildirib. Səhər bir çox bölgələrdə səlahiyyətlilər enerjiyə və ya kritik infrastruktura ziyan vurduğunu bildirdilər.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…