Əsas məzmuna keç

UKRAYNANIN İKİ VİLAYƏTİNDƏ PARTLAYIŞLAR OLUB

Ukraynanın iki vilayətində – Xmelnitski və Vinnitsada partlayışlar səslənib.

Bu barədə “Glavred” nəşri Telegram-da məlumat yayıb.

Baş verənlərin təfərrüatları açıqlanmayıb.

Bundan əvvəl bütün Ukraynada olduğu kimi regionda da hava həyəcanı elan edilib.

Kiyevdə güclü partlayışlar olduğu da məlum olub. Kiyev şəhər hərbi administrasiyası bildirib ki, şəhərdə hava hücumundan müdafiə sistemləri (havadan müdafiə) fəaliyyət göstərir.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…