Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin təxliyəsinin ikinci mərhələsi başlayıb.
UNIAN xəbər verir ki, bunu Mariupol Şəhər Şurasının sədri Petr Andryuşşenko ümum-Ukrayna telemarafonunun efirindən bildirib.
Mariupoldan insanların təxliyəsinin ikinci mərhələsi davam edir. Əvvəlcədən əldə edilmiş razılşamaya görə, Manquş, Berdyanskda insanlar öz nəqliyyatları vasitəsilə karvanlara biləşəcəklər. Bu, şərh verə biləcəyimiz yeganə məsələdir”, – o qeyd edib.
P.Andryuşşenko deyib ki, Rusiya hərbçilər istənilən an atəşə aça bilər: “Çünki atəşkəs razılaşması şərtidir. Dünən (mayın 1-də – “Report”) “Azovstal”dan təxliyə edilən insanlarla dolu avtobus atəşə tutulub”.
Vurğulanıb ki, Mariupoldan təxliyə mayın 1-dən başlayıb. Prezident Volodimir Zelenski “Azovstal”dan 100-ə yaxın insanın Ukrayna ordusunun nəzarəti altında olan əraziyə çıxarıldığını söyləyib.
Şəhər Şurasının məlumatına əsasən, mayın 2-də daha iki təxliyə karvanının Mariupoldan çıxarılması razılaşdırılıb.