Ukraynanın NATO üzvülüyünə etiraz edən Trampa sərt etirazlar var

Oxunma sayı: 84

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas qeyd edib ki, Ukrayna üçün təhlükəsizliyin yeganə effektiv təminatı Şimali Atlantika Alyansına üzvlük olacaq. Tezadlar.az  “European Pravda”ya istinadən bildirir ki, Kallas Vaşinqtona səfəri zamanı mediaya müsahibəsində belə deyib. O, bildirib ki, NATO ölkələri heç vaxt Rusiyaya hücum etməyiblər, Rusiya isə öz növbəsində “demokratiyadan qorxur”. Sitat: “Niyə biz NATO-dayıq? Çünki biz Rusiyadan qorxuruq. Və həqiqətən işləyən yeganə şey – işləyən yeganə təhlükəsizlik zəmanəti – NATO çətiridir”. Kallas qeyd edib ki, fevralın əvvəlində telefon danışığı zamanı Tramp Putinlə danışığında Ukraynanın istənilən nizamlanmada NATO-ya üzvlüyünü “unuda biləcəyini” onun diqqətinə çatdırıb. Tramp deyib: “Məncə, yəqin ki, müharibənin də başlamasının səbəbi budur”. Kallas isə “Bu iddialar tamamilə doğru deyil”,-deyə əlavə edib. “Bu, bizim qəbul etməməli olduğumuz bir rus hekayəsidir”-Kallas fikrini belə tamamlayıb.

A.Məmmədli

Xəbəri paylaş

25 Aprel