Mayın 24-də səhər saatlarında Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə əhalini məlumatlandırmaq üçün Ukraynanın rəsmi resursu məlumat yayıb.
Poltava, Sumı və Xarkov vilayətlərində həyəcan təbili çalıb. Kirovoqrad vilayətində hava hücumu xəbərdarlığı ləğv edilib.
Mayın 23-də axşam saat 10 radələrində Ukraynanın Kiyev, Kiyev, Çerniqov, Sumı, Poltava, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Xarkov və Nikolayev vilayətlərində həyəcan siqnalı verilib.
E.ŞİRİNOV







