30 İyun 2022 / 17:40

UKRAYNAYA HƏRBİ YARDIMIN GÜCLƏNDİRİLMƏSİ MÜZAKİRƏ EDİLİB

Ukrayna Prezidenti Volodimir Zelenski ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

Bu barədə Ukrayna dövlət başçısının tviterdə yazıb.

Tərəflər Ukrayna əsgərlərinə hərbi yardımın gücləndirilməsini müzakirə ediblər.

“Biz Ukraynaya müdafiə dəstəyinin artırılmasını müzakirə etdik. Almaniya xalqının Aİ-yə gedən yolda həmrəyliyini və təcavüzə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk”, – Zelenski qeyd edib.

Eyni zamanda, danışıqlar zamanı Ştaynmayerin Ukraynaya mümkün səfəri müzakirə edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!