Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Hakimiyyət və müxalifət Ukraynaya səfəri planlaşdırılan Gürcüstan nümayəndə heyətinin tərkibi barəsində razılığa gələ bilməyib.
24News.ge xəbər verir ki, parlament sədrinin kabinetində müxalifət və iqtidar arasında baş tutan danışıqlar nəticə verməyib. Mövcud məlumata görə, Ukraynaya Gürcüstandan iki nümayəndə heyəti səfər edəcək. Həftə ərzində parlament sədri Şalva Papuaşvilinin Ukraynaya səfəri gözlənilir. Ancaq onunla birlikdə bu ölkəyə səfər edəcək Gürcüstan nümayəndə heyətinin tərkibi hələlik məlum deyil. Müxalifət isə Ukraynaya parlamentdə təmsil edilən bütün partiyaların üzvlərinin iştirak edəcəyi bir nümayəndə heyətinin göndəriləcəyini bildirib.
TEZADLAR.AZ