Əsas məzmuna keç

UKRAYNAYA MƏXSUS PUA BELQOROD VİLAYƏTİ SƏMASINDA VURULUB

Hava hücumundan müdafiə sistemləri bir gecədə Belqorod vilayəti üzərində Ukraynaya məxsus bir təyyarə tipli pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində bir Ukrayna pilotsuz uçuş aparatını məhv edib”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…