Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Kaluqa vilayətinə hücum edən Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarından (PUA) biri Rusiyanın bu vilayətinin paytaxtı Kaluqa şəhərinin kənarında uçub.
Tezadlar.az xəbər verir ki, bu sözləri Telegram-da Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa deyib.
Rəsminin sözlərinə görə, bölgədə ümumilikdə 9 pilotsuz təyyarə məhv edilib.
“Dostlar, sizdən xüsusilə diqqətli olmanızı xahiş edirəm. Qaydalara ciddi riayət etmək çox vacibdir: təcili yardım xidmətlərinə dərhal məlumat verin, PUA qalıqlarına yaxınlaşmayın və onlara toxunmayın”, – deyə Şapşa Kaluqa vilayətinin sakinlərinə müraciət edib.
Məlum olub ki, Ukrayna bir gecədə Rusiyanın regionlarına 23 pilotsuz uçuş aparatı buraxıb. Onlardan 12-si Bryansk vilayətinə, 9-u Kaluqa vilayətinə, daha ikisi isə Kursk vilayətinə hücum etməyə cəhd edib.
E.ŞİRİNOV