Rusiya hava hücumundan müdafiə sistemləri Krım və Qara dəniz üzərində Ukraynaya məxsus 11 PUA-nı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu il sentyabrın 24-də, Moskva vaxtı ilə saat 18:00-dan 23:00-a qədər həyəcan vəziyyətində olan hava hücumundan müdafiə sistemləri Krım Respublikası ərazisi və Qara dəniz üzərində Ukraynaya məxsus 11 stasionar qanadlı pilotsuz uçuş aparatını (PUA) məhv edib”, – Müdafiə Nazirliyi bildirir.
E.ŞİRİNOV

