Belqorod vilayətinin Yasnıye Zori kəndində Ukraynaya məxsus pilotsuz uçan aparatın ticarət obyekti yaxınlığında partlaması nəticəsində evli cütlük xəsarət alıb.
Tezadlar.az bildirir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov məlumat verib.
“Belqorod rayonunun Yasnıye Zori kəndində Ukraynaya məxsus pilotsuz uçan aparat ticarət obyektinin yaxınlığında partladılıb. Evli cütlük xəsarət alıb. Onlar özləri regional klinik xəstəxanaya müraciət ediblər. Qadına mina partlayışı, üz və ayaq nahiyəsində qəlpə yaraları diaqnozu qoyulub. Onun ərinin ilkin barotrauma müayinəsi var”, – o, Telegram kanalında yazıb.
Yaralılara bütün lazımi tibbi yardım göstərilir. “Nəticələr barədə məlumat dəqiqləşdirilir”, – Qladkov əlavə edib.
E.ŞİRİNOV







