Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşən ermənilərin “ArBat” batalyonunun komandiri Hayk Qasparyan bu gün öldürüldü. Tezadlar.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı qondarma Donetsk Xalq Respublikasının Qorlovka qəsəbə administrasiyasının rəhbəri İvan Prixodkoya istinadən məlumat yayıb. Qasparyanın bu gün xüsusi hərbi əməliyyat (SVO) zonasında öldürüldüyü bildirilib.
Ukraynaya qarşı döyüşən erməni batalyon komandiri öldürüldü






