Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Milli Təhlükəsizlik Şurasının (MTMŞ) rəhbəri Rüstəm Umerov ABŞ hökumət rəsmiləri ilə danışıqlara ümid etdiyini bildirir.
Tezadlar.az bildirir ki, o, bu barədə Telegram kanalında açıqlama verib.
Umerov qeyd edib ki, Ukrayna nümayəndə heyəti Amerika tərəfi ilə daha bir görüş keçirəcək. O, tərəflərin “konstruktiv və əsaslı şəkildə” işlədiyini vurğulayıb.
MTMŞ rəhbəri yekun olaraq “Biz daha da irəliləyiş və praktik nəticələrə ümid edirik” deyib.
Rüstəm Umerovdan əlavə, Ukrayna tərəfində danışıqlarda general-leytenant Andrey İqnatov da iştirak edəcək. Qeyd olunur ki, Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da üçüncü iş gününü keçirir.
Bir müddət əvvəl Ukraynanın “Zerkalo Nedeli” nəşri Umerov-un ABŞ Federal Təhqiqat Bürosunun direktoru Keş Patel ilə görüşündə ondan Ukraynanın Milli Antikorrupsiya Bürosuna özünün də iştirak etdiyi Mindiç işi ilə bağlı təsir göstərməsini xahiş etdiyini bildirmişdi. Mənbələrə görə, görüşdə Ukrayna, ABŞ, Rusiya və Avropa arasında danışıqlar müzakirə olunmayıb.
E.ŞİRİNOV