Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnstitutda kollektivin rəsmi təbrik və xoş sözlərinin ardından, fərqli məkanda yenidən dostları, iş yoldaşları bir yerə cəm oldular. Onun haqqında ən xoş sözləri söylədilər, Fəxrəddin müəllimə uzun ömür və can sağlığı arzuladılar…
Mən də “Təzadlar”ın aparıcı əməkdaşı Elçin Məmmədli ilə birlikdə yubilyarı oxucularımız adından təbrik etdim!
Olduqca səmimi və xeyirxah insan olan dəyərli Fəxrəddin müəllim haqqında danışmaqla bitməz. Elə dostları və onu tanıyanlar da təsdiqlədilər ki, o, xeyirxahlığından qalmayan, əlindən gələn yaxşılıqları etməyi bacaran və buna artıqlaması ilə nail olan bir ziyalıdır.
Sakit və həlim, müdrik baxışlı bu dəyərli ziyalımız haqqında danışarkən dünya şöhrətli alim Xudu Məmmədovun bir aforizmini xatırlamaq yəqinki yerinə düşər. Xudu müəllim deyirdi ki, deməyin dağın, qayanın, dənizin, təbiətin dili yoxdur… Deyin ki, o dili bilmirəm! Amma o dili bilmək üçün gərək təbiətin içində olasan, təbiət səni sevə, qəbul edə!
***
…Fəxrəddin müəllimi uzun illərdir tanıdığımdan deyim ki, o, onun məşğul olduğu sahə həm də bitkiçilikdir. Alim dostlarının barəsində danışdıqlarından belə başa düşdüm ki, Fəxrəddin müəllim təbiətin-bitkiçiliyin dilini biləndir, çünki o təbiətin bu parçasının içindədir, onunla alim kimi, tədqiqatçı kimi təmasdadır. Eləcə də insanları bir sözündən tanıyandır, qiymətləndirən və dəyərləndirəndir!
***
Dəyərli ziyalımızı daha yaxından tanımaları üçün oxuculara onun həyat və fəaliyyətinin elmi-yaradıcılıq coğrafiyasını təqdim edirəm:
–Ağayev (Ağazadə) Fəxrəddin Nifi oğlu 24 aprel 1955-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində doğulmuşdur. 1962-1965-ci illərdə Təzəkənd kənd ibtidai məktəbində, 1966-1970-ci illərdə Yuxarı Cürəli kəndi 8 illik məktəbində, 1970-1972-ci illərdə Ağalıkənd orta məktəbində təhsil almışdır.
1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kimya fakültəsini bitirmiş və təyinatla Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna göndərilmişdir.
1980-1983-cü illərdə Rusiya Federasiyasının Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Ümumittifaq Bitkiçilik İnstitutunun (VİR) biokimya şöbəsində aspirant olmuş, 1984-cü ilin 25 mayında Gürcüstan Elmlər Akademiyasının Bitki Biokimyası İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək “Biokimya” ixtisası üzrə alimlik dərəcəsi almışdır.
1984-cü ildən etibarən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fiziologiya və biokimya laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrdə çalışmışdır.
1988-ci ilin 27 iyulunda SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona “Biokimya” ixtisası üzrə “böyük elmi işçi” (dosent) elmi rütbəsi verilmişdir.
1992-ci ilin mayından 1993-cü ilin avqustuna qədər ARDŞ-in Balaxanıneft NQÇ-nin sosial məsələlər üzrə rəis müavini işləmişdir. 1993-cü ilin avqustundan 1995-ci ilin mayınadək AXC Ali Məclisinin katibi, “Müxalifət” qəzetinin parlament müxbiri, “4-cü mikrofon” qəzetinin baş redaktoru, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktor müavini, “Bakının səsi” qəzetinin baş redaktor əvəzi işləmişdir.
1995-ci ilin sentyabrından 1996-cı ilin mayınadək “Qanun” jurnalının məsul katibi, 1996-cı ilin mayından 2005-ci ilədək “Qanun” nəşriyyatının icracı direktoru, 2005-ci ilin mayından 2006-cı ilin yanvarınadək “NUR-A” MMC-direktorunun 1-ci müavini vəzifəsində, 2006-ci ilin yanvarından 2007-ci ilin sentyabrınadək “Qanun nəşrlər evinin” şöbə müdiri vəzifəsində çalışmışdır. 2007-ci ilin sentyabrından 2018-ci ilin iyununadək “Qanun” jurnalının redaktoru olmuşdur.
2016-cı ilin fevralından yenidən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna qayıtmış, əvvəl becərmə texnologiyası laboratiyasında, sonra isə fiziologiya və biokimya laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Hazırda funksional analizlər laboratoriyasının aparıcı elmi işçisidir. 2023-cü ilin 18 mayında Beynəlxalq Aqrar Təhsil Akademiyasının akademiki seçilmişdir. Vəhdət partiyası Baş Məclisinin sədridir.
İndiyə qədər Ağayev Fəxrəddin Nifi oğlunun 230 elmi əsəri dərc edilmişdir. Onlardan 15-i kitab, 20-si broşur, qalanı isə məqalə, tezis, plakat və bukletlərdir.

Kitabları:
Çap ərəfəsində olan əsərləri
Tərəvəz bitkilərinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri. 2022-ci il, 720 s., kollektiv müəlliflik.
Tərcüməçilik sahəsində fəaliyyəti
K.Rooling. Harri Porter və fəlsəfə daşı – 1997, 436 s.
1993-cü ildən başlayaraq indiyə qədər dövrü mətbuatda ictimai-siyasi hadisələrə dair 500-dən artıq məqaləsi çap olunmuş, 100-dən artıq hüquq, bədii ədəbiyyat və elmi kitabların redaktoru olmuş, iyirmiyə qədər kitaba ön söz yazmışdır.
İmpakt jurnallarındakı əsərləri
İki məqalə impakt jurnallarda dərc olunmaq üçün göndərilib.
Ümumilikdə isə F.N.Ağayevin elmi yaradıcılığı 4498 səh., çap olunmamış əsərləri 2700 səh., tərcüməçilik fəaliyyəti 7576 səhifə həcmindədir.
***
Göründüyü kimi, zəngin elmi, publisistik, jurnalistik və naşirlik -yaradıcılıq kimi zəngin həyat yolu keçmiş Fəxrəddin Ağazadənin çoxlarına örnək olacaq bir həyat hekayəsi qarşımızdadır…
Yubilyarı bir daha təbrik edir, ona uzun ömür və can sağlığı arzu edirik!
Asif MƏRZİLİ