14 Dekabr 2025 / 11:06

Uşaq “Avroviziya” Müsabiqəsinin qalibi bu ölkə oldu

Fransa 2025-ci il Uşaq Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.

Tezadlar.az   xəbər verir ki, Fransanı Lu Deluiz təmsil edib. Fransa münsiflər heyətindən 152 səs, onlayn səsvermələrdən isə 96 bal toplayıb. Gürcüstan müsabiqədə üçüncü yeri tutub. Anita Abqariani münsiflər heyətindən 121, onlayn səsvermələrdən isə 55 bal toplayıb. Gürcüstan ikinci dəfə “Junior Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edir. Müsabiqədə 18 ölkə – Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna iştirak edib.

Azərbaycan təmsilçisi Yağmur Nəsrullayeva yarışmada 66 xal toplayaraq 15-ci olub.

İlk beşlikdə ardıcıl olaraq Ukrayna, Gürcüstan, Ermənistan və İspaniya yer alıb.

2025-ci il “Junior Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları Gürcüstan Mədəniyyət Nazirliyi, “Starring Georgia” və Gürcüstanın Birinci Kanalıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!