Əsas məzmuna keç

UŞAQ BAĞÇASINDA ATƏŞ AÇAN ŞƏXS İNTİHAR EDİB

Rusiyanın Ulyanovsk vilayətində uşaq bağçasında atəş açaraq iki uşaq və tərbiyəçini öldürən şəxs intihar edib.

Hadisə aprelin 26-da Ulyanovsk vilayətinin Veşkayma qəsəbəsindəki uşaq bağçasında baş verib. İlkin məlumata görə, 26 yaşlı Ruslan Axtyamov bağçaya girərək tüfəngdən atəş açıb, nəticədə bağçanın tərbiyəçisi, 5 yaşlı oğlan və 6 yaşlı qız uşaqları həlak olublar.

Hadisə zamanı istifadə olunan “İj-27” tüfəngi pensiyaçı Aleksandr Droninə məxsusdur. Hazırda onun telefonuna zəng çatmır. Məlumata görə, Axtyamov və Dronin səhər saatlarında meşəyə ova gediblər. Ehtimal olunur ki, Axtyamov Dronini qətlə yetirəndən sonra bağçaya yollanıb.

Hadisənin motivləri hələlik məlum deyil.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…