“Nutella” şokoladının reseptini yaradan – “Nutellanın atası” sayılan kimyaçı Françesko Rivella 97 yaşında, həm də “Sevgililər Günündə” vəfat edib. O, Mişel Ferreronun sağ əli idi.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Daily Mail” alimin ailəsinə istinadən məlumat yayıb.
O 1952-ci ildə Ferrero ailə qənnadı şirkətinə qoşulub. Tərkibləri və ideyaları tapmaq üçün kimyaçı çox səyahət edib.
Rivella Ferrero qardaşları ilə birlikdə şokolad pastasının çox unikal dadını yaratmışdır. “Nutella” ilə yanaşı, Rivella digər məşhur Ferrero məhsullarının yaradılmasına da öz töhfəsini verib. Bunlara Mon Cherì konfetləri, TicTac drajeləri, həmçinin Kinder Cioccolato, Kinder Sorpresa və Ferrero Rocher daxildir. O, şirkətdə 40 il işlədikdən sonra 1993-cü ildə təqaüdə çıxdı və şirniyyat dünyasında zəngin bir miras qoydu.
Rivella İtaliyanın şimal-qərbindəki Piedmontda dəfn edilib.
Bugün Ferrero Qrupunda 47 000-dən çox işçi çalışır və onun brendləri 170-dən çox ölkədə satılır. Brend artıq üçüncü nəsildə olan bir ailə şirkəti olaraq qalır. “Nutella” şəkər, fındıq, kakao və süd daxil olmaqla yeddi inqrediyentdən hazırlanır.
JASMİN