Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ildə Belqorod yaxınlığında vurulan İl-76 təyyarəsində ukraynalı hərbi əsirlərin olduğunu etiraf edib.
Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatı Ukrayna Silahlı Qüvvələrinin Kral Danilo adına 24-cü xüsusi mexanikləşdirilmiş briqadası öz Facebook səhifəsində dərc edib.
Ukrayna Silahlı Qüvvələri vurulan təyyarənin göyərtəsində olan 12 əsgərin Lvovda dəfn edildiyini bildirib.
“2024-cü il yanvarın 24-də Rusiyaya məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan qardaş və bacılarımızla birgə dua və vida. Bu gün onları son səfərə yola saldıq”, – 24-cü xüsusi mexanikləşdirilmiş briqadanın nümayəndələri yazıblar.
2025-ci ilin aprelində Ukrayna Belqorod yaxınlığında vurulan İl-76 təyyarəsində hərbi əsirlərin olduğunu ilk dəfə təsdiqləyib. Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəis müavini Leonid Timçenko bildirib.
E.ŞİRİNOV