Əsas məzmuna keç

USQ BİR GÜNDƏ XERSON VİLAYƏTİNƏ 130 MƏRMİ ATIB

Ukrayna Silahlı Qüvvələri (USQ) avqustun 10-da Xerson vilayətinin yaşayış məntəqələrini atəşə tutub – onlar bir gündə 130 mərmi atıblar.

Bu barədə bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.

“Kiyev rejimi Novaya Kaxovka, Kaxovka, Podstepne, Alyoşki, Kazak düşərgələri yaşayış məntəqələrində mülki infrastrukturu atəşə tutmaqda davam edərək top artilleriyasından ümumilikdə 36 mərmi atıb”, – məlumatda deyilir.

Mülki əhali arasında itkilər barədə məlumat dəqiqləşdirilir.

Bir gün əvvəl, avqustun 9-da, çərşənbə günü ukraynalılar Aleşki, Hola Pristan, Kazak düşərgələri, Novaya Kaxovka, Pesçanovka və Proletarkaya 92 mərmi atıblar.

Bundan əvvəl bildirilmişdi ki, polis Xerson vilayətində Ukraynaya məxsus sursat anbarı tapıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…