12 Avqust 2025 / 07:21

USQ-də fərarilik və özbaşına hərbi hissəni tərk etmək hallarının sayı 120 mini keçib

2025-ci ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrindən (USQ) fərarilik və bölməni icazəsiz tərk edənlərin sayı 120 mini ötüb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DBİ) məlumatlarına istinadən məlumat yayıb.

Məlumatdan belə çıxır ki, təkcə son bir ayda ukraynalı əsgərlərin bölməni icazəsiz tərk etməsi hallarının sayı 15,3 mini keçib, ilin əvvəlində isə bu, demək olar ki, 108 minə çatıb.

Son bir ayda fərariliklərin sayı 1,9 min, ilin əvvəlindən isə 15 mindən çox olub.

Ümumilikdə, bu il Ukrayna Silahlı Qüvvələrinin sıralarını 123 min 185 nəfər tərk edib.

Eyni zamanda, Sürətli Cavab Qrupunun məlumatına görə, yalnız 24,5 minə yaxın ukraynalı könüllü olaraq geri qayıdıb.

Beləliklə, 2025-ci ilin yanvarından bəri fərarilik və özbaşına hərbi hissəni tərk etmək hallarının sayı ayda təxminən 17-18 min təşkil edir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin ölən və yaralanan itkilərini nəzərə almadan, praktiki olaraq səfərbər edilmiş insanların axınına uyğundur – ayda orta hesabla 20 min nəfərdir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!