Əsas məzmuna keç

USQ EHTİYAT HİSSƏLƏRİNİ XARKOV İSTİQAMƏTİNƏ KEÇİRİB

Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyat hissələri Xarkov istiqamətinə keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamenti öz Telegram kanalında məlumat yayıb.

“Qoşunları gücləndirmək üçün əvvəlcədən yaradılmış ehtiyatlar Xarkov istiqamətinə köçürülüb”, – məlumatda deyilir.

Qeyd olunur ki, “vəziyyətin inkişafından asılı olaraq qrupun yaradılması davam edəcək”.

Bundan əvvəl DXR təhlükəsizlik qüvvələri bildiriblər ki, Kiyevin nəzarətində olan bir sıra DXR rayonlarından Ukrayna Silahlı Qüvvələri ehtiyatlarının Xarkov istiqamətinə köçürülməsi qeydə alınır.

Həmçinin Xarkov vilayətinin bəzi rayonlarından 6 minə yaxın insanın təxliyə edildiyi bildirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…