Əsas məzmuna keç

USQ KRASNOLIMANSK İSTİQAMƏTİNDƏ 200-Ə QƏDƏR HƏRBÇİ İTİRİB

Ukrayna Silahlı Qüvvələri (USQ) Krasnoliman istiqamətində 200-ə qədər hərbçi itirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qrupu aviasiya və artilleriya ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin iki hücumunu dəf edib.

“Krasnolimansk istiqamətində Luqansk Xalq Respublikasının Kremennaya və Kuzmino yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 12-ci Xüsusi Təyinatlı Qüvvələr Briqadasının hücum qruplarının iki hücumu dəf edilib”, – məlumatda deyilir.

Bundan əvvəl Mərkəzi Hərbi Dairənin minaatanları Krasnolimansk istiqamətində sursat anbarını məhv edib.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…