Əsas məzmuna keç

USQ-NİN HÜCUMLARI NƏTİCƏSİNDƏ KURSK VİLAYƏTİNDƏ 17 NƏFƏR HƏLAK OLUB

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində 17 nəfər həlak olub.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a tibbi xidmətlər məlumat verib.

“Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 17 nəfər ölüb, 140-dan çox yaralıdan 75-i xəstəxanaya yerləşdirilib, o cümlədən 4 uşaq”, – agentliyin həmsöhbəti bildirib.

Avqustun 12-də vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya sərhədində vəziyyətlə bağlı keçirilən müşavirədə videobağlantı vasitəsilə Rusiya prezidenti Vladimir Putinə məlumat verib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 12 insan həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…