Əsas məzmuna keç

USQ-NİN İKİ HÜCUMUNDAN SONRA KRIM KÖRPÜSÜNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ AÇILIB

Telegram-da obyektlə bağlı operativ məlumat kanalının məlumatına görə, Krım körpüsü yenidən nəqliyyat üçün açıqdır.

“Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib”, – məlumatda deyilir.

Avqustun 12-də Ukrayna Silahlı Qüvvələri (USQ) iki dəfə körpüyə hücum etməyə cəhd edib. İlk cəhd saat 13:00 radələrində edilib – Ukrayna Silahlı Qüvvələri körpü istiqamətində konvertasiya edilmiş S-200 raketini buraxıb. Rusiya hava hücumundan müdafiə sistemi onun qarşısını havada alıb. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Saat 14:15-ə qədər körpüdə nəqliyyatın hərəkəti dayandırılaraq bərpa edilib.

Daha sonra, saat 15:19-da Kerç boğazı ərazisində vurulan raket haqqında məlumat ortaya çıxıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bunun da S-200 raketi olduğunu açıqlayıb.

Hər iki raket vaxtında aşkar edilərək vurulub. Tələfat və dağıntı olmayıb.

E.ŞİRİNOV    

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…