Əsas məzmuna keç

USQ-NİN MƏRMİSİNİN DONETSKDƏ BİNAYA DÜŞMƏSİ NƏTİCƏSİNDƏ BİR NƏFƏR ÖLÜB

Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən atılan mərmi Donetskdə çoxmərtəbəli yaşayış binasına düşüb. Atışma nəticəsində sonuncu mərtəbədəki mənzil dağılıb. “İzvestiya”nın müxbirinin məlumatına görə, bir nəfər ölüb.

Hadisə yerindən olan görüntülərə görə, Ukrayna mərmisi üçüncü mərtəbədəki mənzili tamamilə sıradan çıxarıb. Partlayış nəticəsində dam örtüyü və divarların hissələri uçub. Dağıntılar altından mərmi atılan zaman mənzildə olan bir kişinin cəsədi tapılıb.

Xəbər verilir ki, avqustun 2-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri yarım saat ərzində Donetskdə 24 mərmi atıb. Şəhərin Kiyev, Kuybışevski, Petrovski və Kirovski rayonları ukraynalı silahlılar tərəfindən kütləvi atəşə tutulub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…